Fevralın 12-də Ərdəbil əyalətinin Nəmin şəhərinin Neft şirkətinin təqaüdçüləri və “Artapan” Sənaye Şirkətinin işçiləri hüquqlarının tapdalandığından narazılılıqlarını bildirmək üçün etiraz aksiyası keçiriblər.
Təbriz Turan TV xəbər verir ki,“Artapan” Sənaye Şirkətinin işçiləri uzun müddətdir xammal çatışmazlığı ucbatında sənaye müəssisəsinin istehsalının azaldığını, müəssisənin tətil olmaq ərəfəsində olduğunu və onların aylardır yığılıb qalan əmək haqlarının ödənilmədiyini deyiblər.
Qeyd edək ki, Artapan şirkəti İranın ən böyük sellüloz məhsulları istehsalçılarından və davamlı mexanikləşdirilmiş istehsal üçün yeganə fabriklərdən biri sayılır.
Hal-hazırda bu önəmli sənaye müəssisəsi İran hökumət rəsmilərinin səriştəsizliyi və istehsalçılara dəstək olmaması səbəbindən fəaliyyətini davam etdirə bilmir.
Yüzlərlə işçi iş yerlərini itirmək təhlükəsi ilə üz-üzə qalıb.