“Net Blocks” saytı İranın bir sıra əyalətlərində internetin məhdudlaşdırıldığını təsdiqləyib

Təbriz Turan Tv

Dünyada internetin vəziyyətinə və onun sərbəst fəaliyyətinə xələl gətirilməsi hallarına nəzarət edən “Net Blocks” saytı noyabrın 26-da bəyanat yayaraq, İranın bir sıra əyalət və bölgələrində internetə çıxışın məhdudlaşdırılması ilə bağlı yayılan xəbərləri təsdiq edib.

“Net Blocks” yaydığı bəyanatda bildirib ki, İranda hökumətin internetin sürətini azaltması və onun fəaliyyətini məhdudlaşdırması ölkə və vətəndaşların gündəlik həyatına öz mənfi təsirini göstrib.

“Təxmin edilir ki, İrnda internetin məhdudlaşdırılması İran İslam Respublikası hökumətinin su resursları ilə bağlı yürütdüyü siyasətinə qarşı baş verən etirazlarla əlqədardır”, -deyə “Net Blocks” saytı bildirib.

Qeyd edək ki, son günlər İranın İsfahan və Çahar Mahal və Bəxtiyari əyalətlərində susuzluqdan əziyyət çəkən və içməli sudan məhrum olan on minlərlə əkinçinin rejimə qarşı keçirdiyi kütləvi etirazların ardınca noyabrın 25-i səhər saatlarından başlanaraq, hər iki əyalətdə və İranın bir sıra digər bölgələrdə internet ya tamamilə kəsilib, ya da onun fəaliyyəti kəskin məhdudlaşdırılıb.

Cavab yaz

Zəhmət olmasa şərhinizi yazın
Zəhmət olmasa adınızı yazın

two × three =

Tarix

booked.net booked.net
%d bloggers like this: