Netahyahu İsrailin İrana hücumdan öncə Baydenə xəbər verməsini böyük səhv adlandırdı

“Sürprizdən çəkinməklə bağlı üzərinə öhdəlik götürmək, əslində Baydeni İranın atom proqramını dayandıra biləcək hər bir əməliyyatın qarşısını almağa çağırmaq deməkdir.”

Bu sözləri İsrailin keçmiş baş naziri Benyamin Netanyahu deyib.

Onun sözlərinə görə, İsrailin İrana qarşı hərbi əməliyyatlar və planlarla bağlı məlumat verməsi böyük səhvdir.

Netanyahu əlavə edib ki, Bayden hökuməti İrana qarşı hər cür hərbi əməliyyın həyata keçirilməsinə qarşıdır. Ona görə də İsrailin hazırkı hökumətinin belə öhdəlik götürməsi böyük yanlışdır.

Xatırladaq ki, bir müddət əvvəl İsrailin bu ilin yayında Kərəcdə nüvə təsisatına, sentyabrda isə Tehranda yerləşən “Sepah”ın gizli raket bazasına qarşı hərbi əməliyyat keçirməzdən əvvəl Amerika ilə məsləhətləşmələr aparmasına dair xəbərlər yayılıb.

Cavab yaz

Zəhmət olmasa şərhinizi yazın
Zəhmət olmasa adınızı yazın

fifteen − nine =

Tarix

booked.net booked.net
%d bloggers like this: