Təbriz, Üskü və Tufarqan şəhərlərinin İran parlamentindəki nümayəndəsi Məsud Pezeşkiyan hökumətə xəbərdarlıq edib.
Təbriz Turan TV xəbər verir ki, o əhalinin durumunun olduqca ağır olduğunu və sosial partlayışın baş verə biləcəyini bildirib.
“Vətəndaşların süfrəsi günü-gündən boşalır. Bahalıq, məişət problemlərinin çoxalması və əhalinin alıcılıq imkanlarının tükənməsi cəmiyyətdə sosial prtlayışa səbəb ola bilər” -deyə, Pezeşkiyan qeyd edib.
“Başqa heç bir dövlət bizim maraqlarımıza görə öz maraqlarını riskə atmayacaq”- o, İranın ali rəhbəri Əli Xamneyiyə xitabən belə deyib.
“Rusiya və başqa hər hansı xarici ölkədən bizim mənafeimizi güdmələrini gözləyirsiniz? Yeri gəldikdə onlar öz qazancları üçün bizi ayaq altına alıb əzəcəklər”-deyə, millət vəkili aparıcı dünya ölkələri ilə normal münasibətlər qurmağa çağırıb.
O, hökumət məsullarına bütün ölkələrlə müharibə etməyin və gərgin münasibətlərdə olmağın imkansız olduğunuı, bunun yalnız ölkənin və vətəndaşların ziyanına olacağını söyləyib.