Parsabadda ağır yol qəzası baş verib. Bu barədə Ərdəbil əyalətinin Tibb Universitetinin Təcili Yardım Mərkəzi məlumat yayıb.
Təbriz Turan TV xəbər verir ki, mərkəzin verdiyi məlumata görə, yol qəzası aprelin 2-i səhər saatlarında “Fətəli Qışlağı” bölgəsində olub.
Məlumatda iki “Prayd” və “Səmənd” markalı minik avtomobillərinin toqquşması nəticəsində 2 nəfərin hadisə yerindəcə öldüyü, daha 5 nəfərin ağır yaralandığı bildirilib.
Qeyd edək ki, Ərdəbil əyalətində baş verən yol və avtomobil qəzalarında ölüm hallarının 70 faizdən çoxu adı çəkilən yolda qeydə alınır.
Bu səbəbdən bu yol əhali arasında “ölüm yolu” adlandırılıb.
Neçə illər öncədən yolun genişləndirilməsi və standartlara uyğunlaşdırılması ilə bağlı başlayan tikinti layihəsi hökumətin büdcə ayıtmaması səbəbindən dayandırılıb.