Qərbi Azərbaycan əkinçiləri məhsullarını sata bilmir: Tonlarla məhsul anbarlarda qalıb

Təbriz Turan TV xəbər verir ki, Qərbi Azərbaycanda 520 min ton alma soyuducu anbarlarda qalıb.

Bu üzdən istehsalçılar, kənd təsərrüfatı sahəsində çalışanlar ağır duruma düşüblər.

Qərbi Azərbaycan əyalətinin Kənd Təsərrüfatı İdarəsinin başçısı Əkbər Kəraməti mediaya verdiyi açıqlamada məhsulların anbarlarda qalmasını ixracat problemləri ilə əlaqələndirib.

Onun sözlərinə görə, bununla yanaşı nəqliyyat problemlərinin mövcud olması, bir sıra ixracatçıların ticarət lisenziyalarının yenilənməməsidə məhsulların yığılıb qalmasında əhəmiyyətli dərəcədə rol oynayır.

“Qərbi Azərbaycanda kənd təsərrüfatı məhsullarının, özəlliklə almanın əsas idxalatçılardan biri Əfqanistan idi. Demək olar i, bu ölkəyə ixracat tamamilə dayanıb.

Eyni halda cəubda dəniz nəqliyyatı vasitəsilə Hindistana ixracatda da problemlərin yaranması knd təsərrüfatı sahəsində çalışanların və tacirlərin ağır maddi xəsarətlərə məruz qalmalarına səbəb olub”-deyə, Kəraməti bildirib.

Qərbi Azərbaycan Kənd Təsərrüfatı Məhsullarının İxracatçıları və İdxalçıları Birliyinin başçısı Cəfər Nikzad deyib ki, əyalət gündəlik 3 min ton kənd təsərrüfatı məhsulu ixrac etmək potansialına malikdir. Lakin onun sözlərinə görə, infrastruktur çatışmazlığı ucbatından bu rəqəm 1000 tona qədər azalıb.

Nikzad məsulların problemlərin həlli istiqamətində görüləcək tədbirlərlə bağlı yalnız boş vədlər verdiyini, əməldə heç bir irəliləyişin olmadığını qeyd edib.

Cavab yaz

Zəhmət olmasa şərhinizi yazın
Zəhmət olmasa adınızı yazın

7 + eight =

Tarix

booked.net booked.net
%d bloggers like this: