Qərbi Azərbaycan əyalətində minlərlə məktəblinin təhsili yarımçıq qalıb

Qərbi Azərbaycan əyalətinin Baş Təhsil İdarəsinin müdiri Cavad Cəngi mediaya verdiyi açıqlamada əyalət üzrə minlərlə məktəblinin təhsilinin yarımçıq qaldığını deyib.

Təbriz Turan TV xəbər verir ki, Cavad Cəngi stress, aqressiya, narkomaniya və ictimai problemlərin məktəblilər arasında da yayıldığını, intihar hallarının çoxaldığını bildirib.

Cəngi özəlliklə son iki il ərzində koronovirus məhdudiyyətlərinə görə yaranan problemlər və yoxsulluq üzündən təhsili tərk edən məktəblilərin sayının olduqca artdığını qeyd edib.

Bundan bir müddət öncə Baş Təhsil İdarəsinin keçmiş müdiri Məhin Məmafi son illərdə Qərbi Azərbaycan əyalətində 26 min məktəblinin təhsildən uzaqlaşdığını demişdi.

Mənafi buna səbəb kimi ictimai, iqtisadi problemləri göstərib və yoxsulluğun artması nəticəsində bir sıra uşaqların məcburi əməyə cəlb edildiyini vurğulayıb. Onun sözlərinə görə, uşaqların təhsildən uzaqlaşmasının əsas səbəblərindən biri də bu amildir.

Qeyd edək ki, bundan iki gün öncə Qərbi Azərbaycanın Rifah İdarəsinin başçısı Səid Fərivər əyalətdə çox sayda azyaşlının məcburi əməyə cəlb olunduğunu bildirib.

Səid Fərivər son vaxtlar başçılıq etdiyi idarənin 1411 məcburi əməyə cəlb olunmuş uşağı və 275 yaşamağa yeri olmayan azyaşlının qeydiyyata alındığını deyib.

Fərivər məcburi əməyə cəlb olunmuş uşaqların çxunluğunun ailələrinin iqtisadi çətinliklərinə görə təhsillərini yarımçıq qoyaraq əmək fəaliyyətinə cəlb olunduqlarını söyləyib.

Cavab yaz

Zəhmət olmasa şərhinizi yazın
Zəhmət olmasa adınızı yazın

17 − 3 =

Tarix

booked.net booked.net
%d bloggers like this: