Qərbi Azərbaycan uşaqlar arasında “qızılca” xəstəliyi yayılıb. Bu barədə Qərbi Azərbaycan Tibb Elmləri Universitetinin səhiyyə üzrə rektor müavini Ehsan Rixtegər məlumat verib.
Təbriz Turan TV xəbər verir ki, o əyalətdə qızılcaya yoluxmaqda şübhəli bilinən ən azı 3 uşağın müəyyən edilərək müayinə olunduğunu açıqlayıb.
Əyalətdə sərhəd terminallarının çox olduğunu, çox sayda xarici ölkə vətəndaşlarının bölgəyə gəldiyini vurğulayan Ehsan Rixtegər “qızılca” və “məxmərək” kimi xəstəliklərin yayılma ehtimalının yüksək olduğunu deyib.
O, buna görə bütün sərhədlərdə nəzarətin gücləndrilməsini vacib sayıb.
Valideynlərə müraciət edən Ehsan Rixtegər uşaqların vaksinasiya olunması üçün tibb mərkəzlərinə aparılmalarını xahiş edib.