Təbriz Turan TV xəbər verir ki,Qərbi Azərbaycanda çoxlu sayda azyaşlı uşaq məcburi əməyə cəlb olunub. Bu barədə Qərbi Azərbaycanın Rifah İdarəsinin başçısı Səid Fərivər məlumat verib.
Səid Fərivər bildirib ki, son vaxtlar əyalətdə məcburi əməyə cəlb olunan azyaşlı uşaqların sayı artıb.
O, eyni halda yersiz az yaşlılarında sayının artdığını bildirib.
Qərbi Azərbaycan əyalətinin Rifah İdarəsinin başçısı Səid Fərivər başçılıq etdiyi idarənin 1411 məcburi əməyə cəlb olunmuş və 275 yersiz azyaşlının qeydiyyata alındığını deyib.
Fərivər məcburi əməyə cəlb olunmuş uşaqların çxunluğunun ailələrinin iqtisadi çətinliklərinə görə təhsillərini yarımçıq qoyaraq əmək fəaliyyətinə cəlb olunduqlarını söyləyib.
Rifah İdarəsinin başçısı belə halların çoxalmasının əsas amillərindən birinin iqtisadi çətinliklərin çoxalması və yoxsulluq olduğunu qeyd edib.