Qərbi Azərbaycan əyalətinin Radio Televiziya Qurumunun aktrisası və dublyaj sənətçisi Mojqan İsmailpur əyalətdə incəsənət sahəsinin acınacaqlı durumda olduğunu bildirib.
O, hökumətin sənət sahəsinə laqeydliyini təbqid edib.
“Məsullar incəsənət sahəsinə diqqət yetirmirlər. Sənətçilərin Həmkarlar Təşkilatı bilsin ki, yığışıb məşq etmək və fikir mübadiləsi aparmaq üçün uyğun yerimiz yoxdur”-deyə, İsmailpur bildirib.
O, bu sahəyə büdcə ayrılmadığını, bu üzdən sənətçilərin çətin vəziyyətdə olduğunu, az məvacib ödəmək üçün daha çox həvəskar və təcrübəsiz sənətçilərin işə cəlb olunduğunu vurğulayıb.
Mojqan İsmailpur bu durumun istedadlı sənətçilərin bu sahədən uzaqlaşmasına səbəb olduğunu qeyd edib.
Qeyd edək ki, Mojqan İsmaillpur Qərbi Azərbaycanın tanınmış sənətçilərindəndir və türkcə çəkilən “Bacanaqlar2” serialına görə tamaşaçıların rəğbətini qazanıb.
