Təbriz Turan TV
Qərbi Azərbaycan əyalətinin Bukan şəhərinin İran parlamentindəki nümayəndəsi Ənvər Həbibzadə Bukanda quraqlıq hökm sürdüyünü söyləyib.
O, əyalətin su payının verilməsində ədalətsizlik edildiyini, bölgə sularının başqa əyalətlərə aparıldığını və bu səbəbdən yerli əhalinin içməli və kənd təsərrüfatı sahəsinə lazım olan su tələbatının ödənilmədiyini bildirib.
O, təmsil etdiyi bölgənin Rəhim xan düzündə 110 min hektardan çox əkin sahəsinin susuzluq ucbatından məhv olmaq üzrə olduğunu, problemin həlli iə bağlı başladılan layihənin başına buraxıldığını qeyd edib.
Həbibzadə daha sonra Bukan bəndi üçün su kvotasının ayrılması ilə bağlı kordinasiyanın olmamasını tənqid edib.
O, əyalətin “Şəhid Kazimi bəndinin suyunun əyalətdən kənar bölgələrə verilməsini yersiz hesab edib.