Qərbi Azərbaycandan 4 yeniyetmə boksçu Asiya çempionatına qatılacaq. Qərbi Azərbaycan əyalətinin Bok Federasiyasının başçısı Məhəmməd Abi mediaya verdiyi açıqlamada bildirib.
Təbriz Turan TV xəbər verir ki, o bundan öncə Saqqız şəhərində keçirilən bir həftəlik təlim məşq düşərgəsində Qərbi Azərbaycan əyalətindən 7 idmançının iştirak etdiyini bildirib.
Onun sözlərinə görə, onlardan Əmir İsmayili, Əbülfəz Dana, Puya Xudadadi və Suruş Kəriminin parlaq nəticə göstərərək çemionata vəsiqə qazanıb.
Federasiya başçısı hazırda İranın Milli Boks Komandasına olan 15 idmançının 4-nün azərbaycanlı olduunu, onların 27 fevral tarixində İordaniyanın başkəndi Omanda keçiriləcək yarışlara göndəriləcəyini söyləyib.