Qərbi Azərbaycan əyalətinin Su və kanalizasiya Şirkətinin başçısı Lətif Xoşsirət əyalətin içməli su paylayıcı şəbəkələrinin ən azı 25%-nın yararsız durumda və çürük olduğunu deyib.
O, bununla yanaşı qalan su paylayıcı şəbəkələrində istifadə müddətinin bitmək üzrə olduğunu. onların dəyişdirilməsi üçün vəsait ayrılmasını gözlədiklərini, hal-hazırda bununla bağlı ayrılan 25 milyard tümənin bu layihə üçün cüzi məbləğ olduğunu qeyd edib.
Xoşsirət hal-hazırda əyalətin 852 kəndində içməli su probleminin həlli, paylayıcı şəbəkələrin dəyişdirilməsi üçün 91 layihəyənin həyata keçirilməsinə ehtiyac olduğunu söyləyib.
