Məktəb işçiləri və gözətçiləri etiraz mitinqi keçiriblər
Təbriz Turan TV xəbər verir ki, Azərbaycanın Qəzvin şəhərinin məktəb işçiləri və gözətçiləri martın 8-də etiraz aksiyası keçirib və ağır iş şəraitlərindən narazılıqlarını bildiriblər.
Onlar əmək haqlarının az olması ilə yanaşı Sosial Təminat İdarəsinin gözətçilər üçün nəzərdə tutulan güzəştləri yerinə yetirməməsi, bayramlıq və başqa ödənişlərin verilməməsinə etiraz ediblər.
Qəzvinlə yanaşı başqa şəhərlərdə də oxşar istəklərlə keçirilən aksiyalara minlərlə gözətçi qatılıb, onlar Tehranda İran parlamentinin binası qarşısına toplaşıblar.