Qəzvinin ictimai nəqliyyat parkı istifadəyə yararsız durumdadır

Qəzvin, Əlborz və Abyek şəhərlərinin İran parlamentindəki nümayəndəsi Fatimə Məhəmmədbeygi əyalətdə ictimai və yükdaşıma nəqliyyat parkının köhnəldiyini və istifadəyə yararsız olduğunu deyib. 

O, bu barədə mətbuat nümayəndələri və nəqliyyat sahəsinin fəalları ilə görüşündə danışıb.

“20 ildən çoxdur Qəzvin əyalətinin ictimai nəqliyyat parkı yenilənməyib. Nəqliyyat parkının yenilnməsi dövlətin yeni büdcə ilində bunun üçün vəsait ayırması zəruridir”-deyə, millət vəkili bildirib. 

F.Məhəmmədbeygi illik 270 milyon nəqliyyat hərəkəti ilə Qəzvinin nəqliyyat vasitələrinin gəliş-gedişi üzrə 3-cü yerdə olmasına baxmayaraq, yolların və ictimai yükdaşıma nəqliyyat vasitələrinin yenilənməsi üçün lazimi diqqətdən qıraqda qaldığını söyləyib. 

Cavab yaz

Zəhmət olmasa şərhinizi yazın
Zəhmət olmasa adınızı yazın

fourteen + 7 =

Tarix

booked.net booked.net
%d bloggers like this: