Qəzvinlilər əhali etiraz aksiyası keçiriblər

Azərbaycanın güneyi Qəzvin əyalətinin Sirdan şəhərinin əhalisi etiraz aksiyası keçirib. Onlar günlərdir davam edən elektrik və telefon xətlərinin kəsilməsindən narazılıqlarını bildiriblər.

Təbriz Turan TV xəbər verir ki,etirazçılar davamlı elektrik kəsintisi üzündən elektrik avadanlıqlarının xarab olduğunu, müraciətlərinin məsullar tərəfindən cavabsız qaldığını deyiblər.

“Seçkilər ərəfəsində əhaliyə vədlər verən, onların səsini qazanmaq üçün hər cür yalan danışan millət vəkilləri, bələdiyyə və Şəhər Şurası məsuları, fərmandar indi qaçıb gizlənir, vətəndaşların qarşısına çıxmırlar”-deyə, etirazçıların nümayəndəsi bildirib.

Cavab yaz

Zəhmət olmasa şərhinizi yazın
Zəhmət olmasa adınızı yazın

twelve − 11 =

Tarix

booked.net booked.net
%d bloggers like this: