Qazaxıstan prezidenti hökuməti istefaya göndərdi

Təbriz Turan TV xəbər verir ki,Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev ölkə hökumətinin istefasını qəbul edib.

Bu barədə dövlət başçısının mətbuat xidmətindən bildiriblər.

“Qazaxıstan Respublikası Hökumətinin istefası qəbul edilsin. Qazaxıstan Respublikasının Baş nazirinin səlahiyyətlərinin icrası müvəqqəti olaraq Əlixan Asxanoviç Smailova həvalə edilsin”, – deyə dövlət başçısının fərmanında deyil.

Qeyd edilir ki, hökumət üzvləri hökumətin yeni tərkibi təsdiq olunana qədər öz vəzifələrini icra etməyə davam edəcəklər.

“Bu Fərman imzalandığı gündən qüvvəyə minir”, – deyə qeyd edilir. (report.az)

Cavab yaz

Zəhmət olmasa şərhinizi yazın
Zəhmət olmasa adınızı yazın

five × two =

Tarix

booked.net booked.net
%d bloggers like this: