Robert Mali: “İran öz raket proqramından qonşularını təhdid etmək üçün istifadə edir”

Amerika Birləşmiş Ştatlarının İran üzrə xüsusi nümayəndəsi, bu ölkənin Vyanada İranla dolayısı yolla nüvə danışıqları aparan nümayəndə heyətinin başçısı Robert Mali dekabrın 27-də “The New Yorker” jurnalına açıqlamasında İranın raket proqramından yaranan təhdiddən danışıb.

İranın regionda dağıdıcı fəaliyyətlərlə məşğul olduğunu vurğulayan Mali deyib ki, Tehranın bölgədəki fəaliyyəti qonşularına qarşı düşmənçilik və zorakılıq xətti üzərində aparılır.

“İranın reginda apardığı təxribat xarakterli fəaliyyətləri sübut edir ki, o, apardığı ballistik raket proqramından öz qonşularını təhdid etmək üçün istifadə edir. 

Məhz bunları nəzərə alaraq, Amerika İranın regionda təmsilçi və yarımhərbi qüvvələrinə təhvil verdiyi silah-sursatın miqdarı barədə ciddi nigarandır. Hesab edirik ki, iranlılar regionda yanlış hesablamalar aparmaqla odla oynayırlar”, -deyə AB-ın İran üzrə xüsusi nümayəndəsi Robert Mali bildirib.

Mali İranın ballistik raket proqramı ilə təhdid etdiyi qonşularının adlarını çəkməyib.

Cavab yaz

Zəhmət olmasa şərhinizi yazın
Zəhmət olmasa adınızı yazın

six + 9 =

Tarix

booked.net booked.net
%d bloggers like this: