Rusiyanın Vyanada Birləşmiş Millətlər Təşkilatındakı daimi nümayəndəsi Mixail Ulyanov dekabrın 13-də müsahibəsində deyib ki, İranla atom anlaşmasına dair müzakirələr sürətli olmasa da, irəliləməkdədir.
Diplomat Vyanada müzakirə edilən həssas mövzulardan birinin də İranın atom təsisatlarında uranın zənginləşdirilməsi sentrifuqaları məsələsinin olduğunu bildirib.Ulyanov bununla bağlı deyib: “Sentrifuqalarla bağlı nə etməliyik? Onların ökədən xaricə daşınması yaxud məhv edilməsi kimi variantlar var.
Başqa alternativ isə onların Atom Enerjisi üzrə Beynəlxalq Ajansın zəmanəti altında İranda fəaliyyətinin dayandırılması və depolanmasıdır. Bu variantlardan hansının seçilməsi ilə bağlı razılıq əldə etmək olar. Bu, həll etməli olduğumuz onlarla məsələlərdən yalnız biridir”.