
Rusiya müdafiə naziri Sergey Şoyqunun Azərbaycan və Ermənistan tərəfi ilə danışıqlarından sonra Günəşli (Kəlbəcər) yüksəkliyində döyüşlər dayandırıldı.
Təbriz Turan xəbər verir ki, bu barədə Rusiya MN-nin məlumatında deyilir.
Qeyd edək ki, Ermənistan MN də döyüşlərin dayandığını bildirib. Həmçinin bildirilib ki, 12 erməni əsir götürülüb, verilən itkilərdən hələlik birinin şəxsiyyəti müəyyənləşib.