Sərəskənddə inşasına 15 il bundan öncə başlanan “Səhənd” su bəndinin tikintisi yarımçıq qalıb

Şərqi Azərbaycan əyalətinin Sərəskənd bölgəsində 15 illik vacib layihə yarımçıq qalıb və dövlət layihənin davam etdirilməsi üçün büdcə ayırmır.

Təbriz Turan TV xəbər verir ki, yerli əhalinin məsələ ilə bağlı narazılığını və əlaqədar qurumlara müraciətləri bir sıra əyalət rəsmilərinin problemlə bağlı açıqlama verməsinə səbəb olub.

Şərqi Azərbaycan əyalətinin valisinin müavini Turab Məhəmmədi media nümayəndələri ilə görüşündə 15 il bundan öncə tikintisinə başlanan Sərəskəndin “Səhənd” su bəndinin büdcə çatışmazlığı ucbatından tamamlama işlərinin bitmədiyini və əhalinin su təminatında çatışmazlıqların davam etdiyini bildirib.

Sərəskənd və Çaroymaq şəhərlərinin sağlam içməli su çatışmazlığından əziyyət çəkdiyini deyən vali müavini problemin həlli üçün İran İslam İnqilab keşikçiləri nin “Sepah” “Xatəm-ul Ənbiya” qərargahının məsələnin həlli üçün sərmayə qoymasını xahiş edib.

Qeyd edək ki, uzun illərdir SEPAH ölkənin əsas iqtisadi müssisələri və layihələrinə nəzarət edir.

Bu proses İbrahim Rəisinin prezident seçilməsindən sonra dahada sürətlənib və siyasi vəzifələrin SEPAH komandirlərinə tapışırılması ilə yanaşı iqtisadi əhəmiyyətli layihələrində onlara verilməsi uğrunda mübarizə gedir.

Şərqi Azərbaycanın hazırk valisi Zeynəlabdin Rəzəvi Xurrəm SEPAH komandiridir. O, vali təyin olunduqdan sonra əyalətdə SEPAH-a bağlı şəxslərin vəzifəyə gətirilməsi, iqtisadi layihələrə cəlb olunmaları dahada çoxalıb.

Onun müavini Turab Məhəmmədinin yarımçıq layihənin “Xatəm-ul Ənbiya” qərargahına tapışırılması ilə bağlı xahişi bölgə layihələrinin hərbçilərə tapışırılması istiqamətində radikal mühafizəkar qanadın planlarına xidmət edir.

Cavab yaz

Zəhmət olmasa şərhinizi yazın
Zəhmət olmasa adınızı yazın

twelve − one =

Tarix

booked.net booked.net
%d bloggers like this: