Şərqi Azərbaycan koronovirus xəstələrinin ölüm sayına görə İranda 6-cı yerdədir

Şərqi və Qərbi Azərbaycan əyalətlərində koronovirus statistikası açıqlanıb.

Təbriz Tibb Elmləri Universitetinin rektor müavini Abbasəli Dürüsti mediaya verdiyi açıqlamada son sutkada Şərqi Azərbaycan əyalətində hazırda gündəlik gündəlik yoluxma sayının 100-130 arası olduğunu deyib. 

O, hal-hazırda əyalət xəstəxanalarında 360 koronovirus xəstəsinin müalicə olunduğunu, ötən 24 saat ərzində 4 COVİD-19 xəstəsinin həyatını itirdiyini və Şərqi Azərbaycanın koronovirus ölümlərinin sayına görə İranda 6-cı yeri tutduğunu söyləyib. 

Urmu şəhərinin Tibb Elmləri Universitetinin başçısı Məhəmmədəmin Vəlizadə isə son sutka ərzində əyalətdə daha 113 nəfərin COVİD-19 virusuna yoluxduğunu, onlardan 72-nin tibb ocaqlarına yerləşdirildiyi barədə məlumat verib. 

Son 24 saatda daha 2 xəstənin həyatını itirdiyini deyən Vəlizadə hal-hazırda Qərbi Azərbaycan xəstəxanalarında 471 koronovirus xəstəsinin müalicə aldığını, onlardan 126-nın reanimasiya şöbələrində yerləşdirildiyini və 27 nəfərin süni tənəffüs aparatına qoşulduğunu bildirib. 

Qərbi Azərbaycan əyalətində bu günə kimi 322821 nəfər koronovirusa yoluxub və onlardan 7198 xəstə həyatını itirib. 

Cavab yaz

Zəhmət olmasa şərhinizi yazın
Zəhmət olmasa adınızı yazın

11 − four =

Tarix

booked.net booked.net
%d bloggers like this: