Güclü qar səbəbindən Şərqi Azərbaycanda onlarla kəndin yolu bağlanıb. Bu barədə Şərqi Azərbaycan əyalətinin Yollar və yükdaşıma Nəqliyyatı İdarəsinin sədr müavin Qulamrza Rəsulzadə açıqlama verib.
Təbriz Turan TV xəbər verir ki, onun sözlərinə görə, çovğun və qar nəticəsində Sərəskənd, Ocan, Çaroymaq, Şəbistər və Sarab şəhərlərinin ana yollarında nəqliyyatın gedi-gəlişi çətinləşib, ilkin məlumata görə ən azı 70 kəndin yolu tamamilə bağlanıb.
Rəsulzadə ağır hava şərayitinə görə yolların açılmasın işlərinin çətinliklə davam etdiyini deyərək, sürücülər və vətəndaşlardan vacib olmadıqda yola çıxmamalarını istəyib.
Yerli sosial media fəalları sosial şəbəkələrdə etdikləri paylaşımlarda yolların açılması üçün yetərli texnikanın cəlb olunmadığını, işləyə az sayda texnikanın isə yararsız olduğunundan narazılıqlarını bildirən paylaşımlar edirlər.