“Şərqi Azərbaycanda savadlılıq səviyyəsi ölkə göstəricilərindən aşağıdır”- İsfəndiyar Sadiqi

Şərqi Azərbaycan əyalətinin Təhsil və Tərbiyə Baş İdarəsinin sədr müavini İsfəndiyar Sadiqi əyalətdə savadlılıq səviyyəsinin ölkə göstəricilərinə nisbətdə aşağı olduğunu deyib. 

“Əyalətdə 10-49 yaş arası insanlarda savadlılıq göstəricisi 94,4% olmaqla ölkə üzrə olan 96,6% savadlılıq göstəricisindən geri qalır”-deyə, Sadiqi bildirib. 

O, Şərqi Azərbaycan əyalətinin 136 kəndində yalnız bir müəllim və bir şagirdin olduğunu deyib.

İsfəndiyar Sadiqi deyib ki, 10 yaşdan yuxarı şəxslərin təhsil almaq üçün məktəblərdə qeydiyyatdan keçmək imkanlarının olmaması təhsilin əsas problemlərindən biridir. 

Cavab yaz

Zəhmət olmasa şərhinizi yazın
Zəhmət olmasa adınızı yazın

9 − 1 =

Tarix

booked.net booked.net
%d bloggers like this: