Təbriz Turan TV xəbər verir ki ,Şərqi Azərbaycanda yüzlərlə kənddə içməli su problemi yaşayır. Bu barədə Şərqi Azərbaycan əyalətinin Heris və Əhər mahallarının İran parlamentindəki nümayəndəsi Əhməd Məhərrəmzadə açıqlama verib.
Millət vəkili İranın enerji naziri Əliəkbər Mehrabiyanla görüşdə Şərqi Azərbaycanda su çatışmazlığı ilə bağlı danışıb.
“Şərqi Azərbaycanda 600 kənd, 15 şəhərdə şiddətli su böhranı yaşanır. Bunun həlli üçün yalnız 134 milyard tümən vəsait ayrılıb.
Bu büdcə ilə yalnız 250 kəndin problemini həll etmək olar. 350 kəndin və 15 şəhərin su problemini həll etmək üçün daha 400 milyard tümən vəsaitə ehtiyac var”-deyə, Əhməd Məhərrəmzadə problemin həlli üçün büdcə vəsaiti ayrılmadığından gileylənib.
