Şərqi Azərbaycanın məhkəmə başçısı sosial media fəallarını hədələdi

Şərqi Azərbaycanın məhkəmə başçısı Musa Xəlilullahi sosial media fəallarını hədələyərək “diqqətsizliyə yol verənlərə qarşı sərt cəza tədbirlərinin tətbiq olunacağını” bildirib. 

“Kiberməkanda çalışan fəallar xəbər dərc edəndə diqqətli olmalıdırlar. Xəbərləri sadəcə kimdənsə sitat gətirməklə kifayətlənməməlidirlər. Bunun əksinə əməl etdikdə onlara qarşı cəza tədbirləri görməkdən başqa yolumuz qalmayacaq”-deyə, Xəlilullahi sosial mediya fəallarına hədə dolu xəbərdarlıq edib. 

O, kiberməkana nəzarətin gücləndirilməsinin vacibliyini deyərək məsələ ilə bağlı məsuliyyət daşıyan məsulların laqeydlik göstərdiklərini və məsuliyyəti bir-birlərinin üzərinə atdıqlarını deyib.

Qeyd edək ki, bundan öncə İran parlamentində ölkədə kiber məkana nəzarət barədə layihə irəli sürülüb və bu parlamentin qapalı iclasında müzakirəyə çıxarılıb.

Bir sıra millət vəkilləri, o cümlədən azərbaycanlı millət vəkilləri Ruhullah Həzrətpur, Məsud Pezeşkiyan, Əhməd Əlirzabeygi və başqaları bunun əleyhinə fikirlər səsləndirib, layihəni əhalinin dahada sıxışdırılmasına, narazılıqların artmasına səbəb olacağını bildiriblər.

Cavab yaz

Zəhmət olmasa şərhinizi yazın
Zəhmət olmasa adınızı yazın

seventeen + nine =

Tarix

booked.net booked.net
%d bloggers like this: