Şərqi Azərbaycanın “Saypa” zavodunun işçiləri tətilə başladı

Şərqi Azərbaycanın “Saypa” avtomobil zavodunun işçiləri aprelin 3-ü bazar günündən başlayaraq tətilə başlayıb.

Təbriz Turan TV xəbər verir ki, aksiyaya qoşulan 600 işçi zavodun satılmasına, onların işlə əlaqəli problemlərinin həll olunmamasına etiraz edib. İşçilər həmçinin bildirib ki, bu günə qədər onlara təzminat ödənişi ilə bağlı şirkət rəhbərliyindən cavab ala bilməyiblər. 

Aksiyaya çıxanlar bildirib ki, zavodun satılması və onlara təzminat ödənilməməsi onszu da ağır olan sosial güzaranlarını daha da pisləşdirəcək.

Qeyd edək ki, bundan öncə martın 9-da zavod işçiləri həyat şəraitinin pis və maaşların aşağı olmasına etiraz olaraq bir həftəlik tətil aksiyası keçirmişdilər.

gun az article

Cavab yaz

Zəhmət olmasa şərhinizi yazın
Zəhmət olmasa adınızı yazın

seven + 8 =

Tarix

booked.net booked.net
%d bloggers like this: