
Təbriz Turan TV
Səudiyyə Ərəbistanının başçılıq etdiyi beynəlxalq hərbi koalisiya qüvvələri SEPAH terror təşkilatının Yəmənin paytaxtı Sənadakı gizli mərkəzinə hücum edib.
Bu barədə beynəlxalq hərbi koalisiya noyabrın 30-da məlumat yayıb.
Yəmən Dövlət Televiziyasının bununla bağlı yaydığı xəbərdə bildirilir ki, hava zərbələri nəticəsində SEPAH-ın gizli hərbi mərkəzi hədəfə alınaraq məhv edilib.
Yəməndəki husilərə məxsus “Əl-Məsirə” telekanalı isə hava hücumu ilə bağlı yaydığı məlumatda Səna hava limanının və bir parkın üç mərhələdə hədəfə alındığını iddia edib.
Bildirilir ki, SEPAH-ın gizli hərbi obyektinə qarşı hava hücumu noyabrın 29-da gerçəkləşdirilib. Hücumun detalları açıqlanmayıb.
Hava zərbələri nəticəsində ölənlərin olub-olmaması barədə hər hansı bir məlumat yayılmayıb.
Qeyd edilir ki, Yəməndə baş verən olaylar və silahlı qarşıdumalar İranla Səudiyyə Ərəbistanının bir-birinə qarşı apardığı təmsilçi savaşın davamıdır.