
İranın Əmək Nazirliyinin beynəlxalq məsələlər üzrə baş direktoru Hamed Forouzan İran və Zimbabvenin yüksək rütbəli rəsmiləri arasında “sanksiyaların zərərsizləşdirilməsi” mövzusuna həsr olunmuş görüşü açıqlayıb.
Təbriz Turan TV xəbər verir ki, Bu görüşdə iki ölkə arasında tütün, qızıl, texnologiya və maşınqayırma, günəş enerjisi, əczaçılıq və neft-kimya sənayesi sahələrində əlaqələrin genişləndirilməsi və inkişafının araşdırılması planlaşdırılır.
İranın Ticarət İnkişafı Təşkilatının statistikasına görə, bu ilin ilk 7 ayı ərzində İranın Zimbabveyə ixracı 16 min 625 dollar olduğu halda, Zimbabvenin əməkdaşlığı ilə sanksiyaların götürüləcəyi ümid edilir. Ötən il İranın Zimbabveyə ümumi ixracı 900 dollar, Zimbabvedən idxalı isə 6,7 milyon dollar olub. Bu ilin ilk 7 ayı ərzində İranın bu ölkədən idxalı 1,8 milyon dollara çatıb.
Zimbabve İranla birlikdə dünyada inflyasiya səviyyəsinin ən yüksək olduğu altı ölkədən biridir. Beynəlxalq Valyuta Fondunun məlumatına görə, İranda bu il inflyasiyanın 39,5 faiz, Zimbabvedə isə 92,5 faiz olacağı gözlənilir.
Yalnız Yəmən, Venesuela, Sudan, Surinam və Livanda inflyasiya səviyyəsi İrandan yüksəkdir.