Sarab şəhərində həbslərin həyata keçirildiyi bildirilir

Bu barədə Şərqi Azərbaycan əyalətinin Sarab şəhərinin fərmandarı məlumat verib.

Şərqi Azırbaycan əyalətinin Sarab şəhərinin fərmandarı Həsən Yəhyəvi, şəhərdə bir neçə nəfərin həbs olunduğu barədə açıqlama verib.

“Təhlükəsizlik məmurlarının kəşfiyyat çalışmaları və əməkləri sayəsində düşmən ölkələrdən birinin kəşfiyyat təşkilatına bağlı olan terror qruplaşmalarından birinin ünsürləri aşkar edilib və saxlanılaraq məhkəmə orqanlarına təhvil verildilər”-deyə, Yəhyəvi iddia edib.

Açıqlamada saxlanılanların kimliyi, neçə nəfər və hansı təşkilata bağlı olduqları, habelə iddia olunan kimi hansı ölkə ilə əlaqəli olduqları barədə heç bir məlumat verilməyib.

Cavab yaz

Zəhmət olmasa şərhinizi yazın
Zəhmət olmasa adınızı yazın

1 × 5 =

Tarix

booked.net booked.net
%d bloggers like this: