Sistan-Bəlucistanda baş verən silahlı qarşıdurmada 2 SEPAH-çı öldürülüb

İranın Sistan-Bəlucistan əyalətində naməlum yaraqlı dəstə üzvləri ilə baş verən silahlı qarşıdurmada SEPAH terror təşkilatının 2 üzvü öldürülüb.

Yayılan məlumata görə, hadisə dekabrın 25-i axşam saatlarında Sistan-Bəlucistan əyalətinin Zahidan şəhəri yaxınlığında baş verib.

Bildirilir ki, bölgədə reyd keçirən SEPAH-çılarla naməlum yaraqlı dəstə üzvləri arasında silahlı qarşıdurma yaranıb.

Atışma nəticəsində SEPAH quru qüvvələrinin “Qüds” qərargahının üzvləri olan Mehran Şurizadə və Möhsün Keyxayi aldıqları güllə yarasından elə hadisə yerindəcə həlak olublar.

Naməlum yaraqlı dəstə üzvləri hadisə yerindən qaça biliblər.

Silahlı qarşıdurmanın detalları açıqlanmayıb. 

Cavab yaz

Zəhmət olmasa şərhinizi yazın
Zəhmət olmasa adınızı yazın

fourteen + 11 =

Tarix

booked.net booked.net
%d bloggers like this: