Sulduzdan olan Azərbaycanlı milli fəal Əli Hacı Məhəmmədi iş yerində mülki geyimli zabitlər tərəfindən güllələnib.
Təbriz Turan TV xəbər verir ki, Mülki geyimlilər Sulduzdan olan Azərbaycanın tanınmış milli fəalı Əli Hacı Məhəmmədinin iş yerinə gedərək onu həbsinə cəhd ediblər.
Fəail məhkəmə qərarı tələb edib ,daha sonra mülki geyimli zabitlərdən biri milli fəal Əli Hacının gözünə bibər qazı vurub və ayağına iki güllə atıb Məhəmmədi ağır yaralayılar.
Əli Hacı Məhəmmədi ətrafdakılar tərəfindən Sulduz xəstəxanasına aparılıb və saatlarla davam edən əməliyyatdan sonra ayağından hər iki güllə çıxarılıb.
Cərrahiyyə əməliyyatı zamanı xəstəxananın təhlükəsizlik atmosferi kəşfiyyat agentləri, SEPAH və polis tərəfindən ciddi nəzarətə götürülüb.
Bu Azərbaycanlı vətəndaş fəalı sırf mülki fəaliyyət ittihamı ilə təhlükəsizlik qüvvələri tərəfindən odlu silahla yaralandığı halda.