Təbriz Turan TV xəbər verir ki,Azərbaycan əyalətində yollar acınacaqlı və yararsız durumdadır. Bu barədə əyalətin Yollar və Şəhərsalma İdarəsinin başçısı Möhsün Həmzəlu danışıb.
Təbriz-Urmu magistral yolunun yarımçıq qaldığını deyən Həmzəlu vacib layihənin tamamlanması üçün büdcə olmadığını və özəl sektorun yardımından istifadə etməyə çalışdıqlarını söyləyib.
Azərbaycanın inkişafı üçün əhəmiyyətli layihənin xərcləri olduqca ağırdır.
Hazırda magistral yolun tikintisinin başa çatdırılması üçün 5 min milyard tümən vəsaitə ehtiyac var”-deyə, Yollar və Şəhərsalma İdarəsinin başçısı bildirib.
O, bununla yanaşı Urmu regionun üç ölkə ilə sərhəddə yerləşməsinə, məhsul idxalı və ixracının bölgə üçün həyati önəm daşımasına baxmayaraq, yolların acınacaqlı durumda olduğunu və bu yoların yüklərin tranziti üçün yaramadığını qeyd edib.