Təbriz zindanında saxlanılan milli fəalla bağlı qərar ləğv edilib

Təbriz zindanında məhkumluq dövrünü yaşayan Ruzbeh Pirinin bölməsinin dəyişdirilməsi ilə bağlı təsdiq olunan qərar heç bir əsas göstərilmədən ləğv edilib.

Təbriz Turan TV xəbər verir ki, o məhbusların cinayətlərinə görə, təsnifatlandırılması barədə qanuna zidd olaraq zindanda narkotik maddə istifadəçiləri və qaçaqmalçıları ilə eyni bölmədə saxlanılır.

Ruzbeh Piri bundan öncə martın 30-da sağlamlıq durumuna görə yerinin dəyişdirilməsi ilə bağlı zindan rəhbərliyinə müraciət edib.

Bir müddət sonra milli fəalı zindanın 12-ci bölməsinə köçürsələrdə iki saatdan sonra onu yenidən öncəki bölməyə qaytarıb, fəalın etirazına cavab olaraq köçürülməsi barədə çıxarılan qərarın yanlış olduğunu deyiblər.

Qeyd edək ki, fevralın 12-də İran hökumətinin təhlükəsizlik məmurları Güney azərbaycanlı milli-mədəni fəal Ruzbeh Pirinin Təbrizdəki ata evinə basqın edərək onu özləri ilə aparıblar.

Sonradan Pirinin bundan öncə “hökumətə müxalif qruplara üzvlük” ittihamına görə məhkum olunduğu 3 il 8 ay həbs cəzasını çəkmək üçün Təbrizin mərkəzi zindanına köçürüldüyü bəlli olub.  

“Təbriz” tələbə jurnalının baş redaktoru, “Müstəqil Tələbələrin İslam Cəmiyyəti” təşkilatının qurucularından biri və “Sultan Məhəmməd Fateh” kitabının tərcüməçisi olan Ruzbeh Piri bundan öncə mədəni fəaliyyətlərinə görə dəfələrlə həbs cəzasına məhkum edilib.  

Cavab yaz

Zəhmət olmasa şərhinizi yazın
Zəhmət olmasa adınızı yazın

one + four =

Tarix

booked.net booked.net
%d bloggers like this: