Dekabrın 15-də Şərqi Azərbaycan əyalətinin İslami İrşad və Mədəniyyət baş İdarəsinin işçiləri etiraz aksiyası keçiriblər.
İdarənin binası qarşısına toplaşan aksiyaçılar idarə rəhbərliyi və nazirliyi ədalətli, insaflı davranmağa çağırıb, hüquqlarının təmin olunmasını və məişət problemlərinin həll olunmasını tələb ediblər.
Narazılar həmçinin əmək haqlarının aşağı olduğunu, maaşların vaxtında ödənilmədiyini bildiriblər.