Təbrizdə bina çökməsi nəticəsində ölənlərin sayı artıb. Bu barədə Şərqi Azərbaycan Təcili Yardım Mərkəzinin başçısı Fərzad Rəhmani məlumat verib.
Təbriz Turan TV xəbər verir ki, Fərzad Rəhmani bildirib ki, fevralın 4-ü günortadan sonra yerli vaxtla saat 15:00, Bakı vaxtilə 15:30 radələrində Təbrizin Abbasi küçəsində baş hadisə nəticəsində 3 nəfər ölüb, 10 nəfər yaralanıb.
O, 13, 18 və 20 yaşlı gənclərin cəsədlərinin dağıntılar altından çıxarıldığını, yaralıların xəstəxanalara yerləşdirildiyini bildirib.
Təbriz Yanğınsöndürmə İdarəsinin başçısının müavini Əkbər Dəşti hadisənin partlayıcı maddələrin alışması nəticəsində meydana gəldiyini iddia edib.
Təbriz Yanğınsöndürmə İdarəsinin sözçüsü Siyamək Noruzi isə yaşayış binasının qaz sızması səbəbindən dağıdığı barədə mediaya açıqlama verib.




