Bu gün günorta saatlarında Şərqi Azərbaycanın mərkəzi Təbrizdə daha bir partlayış baş verib. Bu, son sutkada ikinci partlayış hadisəsidir.
Şəhərin Hökmabad məhəlləsində qaz sızması nəticəsində baş verən qəzada yaşayış evinin tamamilə dağıdıldığı deyilir.
Şərqi Azərbaycan Təcili Yardım Mərkəzinin sözçüsü Vəhid Şadiniyanın verdiyi məlumata görə, ilkin axtarışlarda 2 nəfər ağır yaralı bina dağıntılar altından çıxarılıb.
Qeyd edək ki, bundan öncə dekabrın 21-i axşam saatlarında Təbrizin Abbasi küçəsində baş verən qaz partlayışı nəticəsində 5 nəfər ölüb, 15 nəfər isə yaralanıb.


