Aprelin 10-da Təbrizdə etiraz aksiyası keçirilib.
Narazı təqaüdçülər Sosial Təminat İdarəsinin qarşısına toplaşıb.
Təbriz Turan TV xəbər verir ki, onlar maaş və pensiyaların aşağı olmasından, əlavə sığorta problemlərindən narazılıq edib, həyat şəraitinin pis olmasından şikayətləniblər.
Yaşayış şəraitlərinin günü-gündən çətinləşdiyini bildirən narazılar təqaüdlərin artırılmasını tələb edib.
Qeyd edək ki, Təbrizlə yanaşı onlarla şəhərdə, o cümlədən, Qəzvin, Tehran, Kərəc, Tehran şəhərlərində də oxşar istəklərlə etiraz aksiyaları keçirilib.