Təbrizdə etirazçı işçilər işdən çıxarıldılar-VİDEO

Bu barədə işçilər sosial mediada paylaşım ediblər.

Təbriz Turan TV xəbər verir ki, fevralın 8-dən tətil aksiyasına başlayan Təbrizin “Motojen” şirkətinin işçiləri sosial mediada yaydıqları məlumatda bu gün 18 fevral tarixində şirkət rəhbərliyindən aldıqları məktub vasitəsilə işdən çıxarıldıqlarını öyrəndiklərini yazıblar.

Onlar bildiriblər ki, günəş ilinin sonuna bir ay qalmasına baxmayaraq, rəhbərlik tərəfindən göndərilən məktubda işlərinə son qoyulduğu və onlara üdənişlərin dayandırıldığı qeyd olunub.

“Göndərilən məktubda şənbə günü fevralın 19-a kimi ödəniş və əmək haqları ilə bağlı bütün idari işləri yekunlaşdırmaları və qeyd olunan tarixdən sonra şirkətə girişiniz qadağandır”-deyə, etirazçılara göndərilən məktubda bildirilib.

Şirkətin 700 işçisi əmək haqlarının azlığına etiraz etdikləri, əmək haqlarının bərabərləşdirilməsi və şirkətlə birbaşa iş müqaviləsi bağlanmasını tələb etdikləri üçün işdən qovulublar.

Qeyd edək ki, fevralın 8-dən tətil aksiyasına əl atan yüzlərlə işçi iş şəraitlərinə görə qanunla nəzərdə tutulan 4% əlavə ödənişin şirkət rəhbərliyi tərəfindən ödənilmədiyinə görə tətil aksiyası keçirirdilər.

Bununla yanaşı şirkət işçiləri sığorta vəziyyətinin qeyri-müəyyənliyinə, əmək haqlarının verilməməsinə, rəhbərliyin daha çox qazanc əldə etmək üçün işçiləri müvəqqəti olaraq işə götürməsindən narazılıqlarını bildirirlər.

Təbrizin Motojen şirkətində çalışan işçilərin 30%-ı rəsmi qaydada işə götürülüb.

Qalan 70 fazi müvəqqəti və qısa müddətli müqavilələr əsasında çalışdıqları üçün qanunla nəzərdə tutulan bütün imtiyaz və xidmətlərdən məhrumdurlar.

Cavab yaz

Zəhmət olmasa şərhinizi yazın
Zəhmət olmasa adınızı yazın

three × 4 =

Tarix

booked.net booked.net
%d bloggers like this: