Təbrizdə güclü külək problemlər yaradıb-Ölən və yaralananlar var-VİDEO

Təbriz Turan TV xəbər verir ki, aprelin 12-dən başlayan güclü külək və fırtına Şərqi Azərbaycan əyalətinin bir çox bölgələrində ciddi problemlər yaradıb, 6 nəfərin yaralanmasına səbəb olub.

Bu barədə Şərqi Azərbaycan əyalətinin Təcili Yardım Mərkəzi məlumat yayıb.

Mərkəzin sözçüsü Vəhid Şadiniyanın verdiyi məlumata görə, Təbriz Bazarında uzun ömürlük çınar ağacının qırılıb vətəndaşın üstün düşməsi nəticəsində bir nəfər həyatını itirib.

Bununla yanaşı Təbrizin bir sıra məhəllələri və əyalətin bir neçə şəhər və kəndində elektrik xətləri sıradan çıxıb, elektrik enerjisinin verilişi dayanıb.

Cavab yaz

Zəhmət olmasa şərhinizi yazın
Zəhmət olmasa adınızı yazın

two + 12 =

Tarix

booked.net booked.net
%d bloggers like this: