Yanvarın 2-də Təbrizdə humanitar aksiya keçirilib. Mədəni fəallar son bir ay ərzində üçüncü dəfə olaraq uşaqlar arasında türkcə uşaq kitabları paylayıblar.
Əsasən uşaq nağıllarından olan kitabları paylamaqda məqsəd uşaqların ana dilləri ilə bağlarının yazılı olaraq möhkəmləndirilməsi, həmçinin hakimiyyətin ana dilində təhsilə qadağasına etiraz etmək olub.
Qeyd edək ki, son ay ərzində analoji mədəni aksiya Təbriz, Urmu, Zəncan, Ərdəbil, Soyuqbulaq, Kərəc və başqa Azərbaycan şəhərlərində həyata keçirilib.






