Təbrizdə Qacarlar dönəminə aid tarixi “Əkbəriyyə” məktəbinin bərpasına vəsait ayrılmadığı üçün bina dağılmaq təhlükəsi ilə üz-üzə qalıb.
Bu barədə Təbrizin yerli mediası məlumat yayıb.
Qeyd edək ki, tarixi “Sahib Ül Əmr” tarixi kompleksinin ərazisində yerləşən məktəb 1850-ci ildə Təbrizin tanınmış ziyalılarından biri və Rusiya konsulluğunun tərcüməçisi Mirza Əliəkbər xan tərəfindən tikdirilib.
Tarixi binanın bir hissəsi 1966-cı ildə Təbriz bələdiyyəsi tərəfindən dağıdıldıqdan sonra tikili 1988-ci ilə kimi başına buraxıldığı üçün xarabalığa çevrilib.
1988-ci ildə Şərqi Azərbaycan əyalətinin Mədəni İrs, Turizm və Əl İşləri İdarəsinin təşəbbüsü ilə tikilinin qismə bərpasına başlanılsada, sonradan onun tam bərpası üçün vəsait ayrılmayıb.
“Əkbəriyyə” məktəbi 2001-ci il oktyabrın 2-də 4194 qeydiyyat nömrəsi ilə İranın milli əsərlər siyahısına salınıb.