Milli əsərlər siyahısına salınan abidə baxımsız qalıb
Təbriz Turan TV xəbər verir ki,Təbrizdə yerləşən və tarixi əsərlər siyahısında qeydə alınan 700 illik tarixi “Şamb-e Qazan” hamamı baxımsızlıq ucbatından dağılmaq və milli əsərlər siyahısından çıxarılmaq üzrədir.
Bir neçə ildir yerli əhalinin, mədəni fəalların müraciətlərinə, imza kampaniyalarına baxmayaraq, tarixi abidə ilə bağlı öhdəlik daşıyan “Vəqflər İdarəsi”nin laqeydliyi nəticəsində hamamın bərpa və qorunması ilə bağlı heç bir addım atılmayıb.
Elxanlılar dövründə tarixi kompleksin içində tikilən hamam Qacarlar dövründə yenidən bərpa olunub və sonralar milli əsərlər siyahısına salınıb.
