Təbrizin avtobus parkı yararsız vəziyyətdədir

Təbriz və şəhərətrafı avtobus şirkətinin idarəedici direktoru Əyyub İsmaili Təbriz avtobus parkının istifadəyə yararsız vəziyyətdə olduğunu deyib.

Təbriz Turan TV xəbər verir ki, “Hazırda avtobus parkının dağınıq durumda olmasının əsas amillərindən biri son 8 ildə avtobusların yenilənməməsi və təmir edilməməsidır.

Bu əhalinin əziyyət çəkməsinə səbəb olub və buna görə xalqdan üzr istəməliyik”-deyə, İsmaili Təbrizin yerli mediasına verdiyi açıqlamada bildirib.

Son 8 ildə Təbriz kimi çox milyonluq şəhərin avtobus parkı üçün az sayda avtobusun əlavə olunduğunu bildirən Əyyub İsmaili bu müddət ərzində yeni avtobusların alınması, təmiri və texniki baxışı üçün heç bir büdcənin ayrılmadığını qeyd edib.

Qeyd edək ki, ötən günəş ilinin sonlarında Təbrizin avtobus parkına əlavə olunması nəzərdə tutulan yeni avtobusların İsfahan şəhərinə verilmiş və bu Şəhər Şurası və Təbriz Sərnişindaşıma Nəqliyyat Şirkətinin etirazları ilə qarşılanmışdı.

Cavab yaz

Zəhmət olmasa şərhinizi yazın
Zəhmət olmasa adınızı yazın

19 − seven =

Tarix

booked.net booked.net
%d bloggers like this: