Təbrizin Şəhər Şurası məsulları ekoloji problemlərə laqeydlikdə günahlandırdı

Təbriz Turan TV Xəbər verir ki,Təbrizin Şəhər Şurasının Abadlıq və Nəqliyyat Komissiyasının başçısı Ruhullah Rəşidi şəhərin ekoloji problemlərindən danışıb

O, havanın çirkliliyi ilə bağlı məsulların laqeydliyini tənqid edib.

Ruhullah Rəşidi  yanvarın 3-də Şəhər Şurasının toplantısında çıxışı zamanı havasının çirklənməsi problemi ilə bağlı heç bir qurumun vətəndaşlara tutarlı cavab vermədiyini söyləyib.

“Biz vətəndaş və Təbriz əhalisinin nümayəndələri olaraq, əlaqədar qurumların ekoloji problemlə bağlı təbrizlilərə dəqiq məlumat vermək üçün heç bir məsuliyyət və həssslıq göstərmədiklərinin şahidiyik”-deyə, R.Rəşidi bildirib.

Şəhər Şurasının komissiya başçısı vətəndaşların məsullara etibar və inamlarının tükəndiyini, bununla belə məsulların bunu aradan qaldırmaq üçün heç bir tədbir görmək istəmədiyini qeyd edib.

“Heç olmazsa bundan öncə problemlərin həlli ilə bağlı ənənəvi vədlər verilərdi. Artıq bir neçə ildir ki, əlaqədar məsulların bu cəhdləridə hiss olunmur”-deyə, Ruhullah Rəşidi hökumət nümayəndələrini vətəndaşlara qarşı saymamazlıqda ittiham edib.

İranın Energitika Nazirliyini məsuliyyətsizlikdə günahlandıran Şəhər Şurasının nümayəndəsi deyib ki, nazirliyin Təbrizin istilik elektrik stansiyasında (İES) mazutdan istifadənin qaz çatışmazlığı ilə bağlı verdiyi açıqlamalar, qaz qıtlığından daha çox yarıtmaz fəaliyyətdən irəli gəlir.

R.Rəşidi nazirliyi və başqa əlaqədar qurumları problemlə bağlı yalan məlumat verməkdə, məsələləri xalqdan gizlətməkdə ittiham edərək, hava çirkliliyinin səviyyəsinin azaldılması üçün İES-lərdə və başqa müəssisələrdə filtrizasiya sistemlərinin quraşdırılmasına cəhd göstərməməkdə günahlandırıb.

Dekabrın 29-də Şərqi Azərbaycan Ətraf Mühitin Mühafizə İdarəsinin verdiyi məlumatda Təbrizdə hava çirkliliyinin təhlükəli həddə oldğu bildirilib. Qeyd olunub ki, ekoloji çirkliliyin 156-dan yuxarı olması bütün yaş qrupları üçün təhlükəlidir.

Şəhərin hava çirkliliyinin əsas amili istilik elektrik stansiyasında mazutdan istifadə edilməsi ilə yanaşı sənaye şəhərciklərində filtrizasiya sistemlərinin quraşdırılmaması və istifadəyə yararsız nəqliyyat vasitələrinin çoxluğudur. 

Qeyd edək ki, Təbrizdə istilik elektrik stansiyasının havanın çirklənməsində əsas rol oynayır.

Bununla bağlı bir sıra yerli məsulların, millət vəkillərinin dəfələrlə məsələ qaldırmasına baxmayaraq, qısa müddətli fasilədən sonra stansiyaya qaz verilişi dayandırılıb və yenidən mazutdan istifadəyə başlanılıb.

Cavab yaz

Zəhmət olmasa şərhinizi yazın
Zəhmət olmasa adınızı yazın

five × four =

Tarix

booked.net booked.net
%d bloggers like this: