İran təhlükəsizlik təşkilatının əməkdaşları neçə gündür təbrizli milli-mədəni fəal Səccad Sidqini təhdid edir.
Bu barədə milli fəalın yaxınları məlumat yayıb.
Məlumatda qeyd olunur ki, heç bir səbəb və məhkəmə qərarı olmadan ETTELLAT məmurları Səccad Sidqini izahat vermək üçün təhlükəsizlik təşkilatının Təbriz bölməsinə çağırıb.
Milli fəala bildirilib ki, gəlməsə, ona qarşı başqa tədbirlər görürəcək.
Qeyd edək ki, bundan öncə cari ilin april ayının 7-də Səccad Sidqi İran İslam İnqilabı Keşikçiləri Korpusunun təhlükəsizlik bölməsinin əməkdaşları tərəfindən saxlanılıb, “hökumətə qarşı təbliğat”da ittiham olunub və 3 gün dindirildikdən sonra 100 milyon tümənlik girov qarşılığında sərbəst buraxılıb