İran təhlükəsizlik idarəsinin basqıları nəticəsində yanvarın 26-da Urmu şəhərində keçirilməsi nəzərdə tutulan görkəmli Azərbaycan musiqiçisi Səfiyəddin Urməvi seminarı ləğv olunub.
Təbriz Turan TV xəbər verir ki, bu barədə urmulu mədəniyyət xadimləri və sosial media fəalları məlumat yayıb.
Yanvarın 22-26-ı arası Urmu Mədəniyyət Həftəsi adı altında keçirilən tədbirin son gününün azərbaycanlı musiqiçiyə həsr olunması planlaşdırılsa da, ETTELAT bunun qarşısını alıb.
Yekun tədbir təhlükəsizlik və SEPAH üzvlərinin iştirakı ilə “Difai Müqəddəs” muzeyində baş tutub.
Mədəniyyət xadimləri və seminar təşkilatçılarının məsələ ilə bağlı etiraz müraciətlərinə əhmiyyət verilməyib və “belə məsləhətdir” deyə, narazı təşkilatçılara xəbərdarlıq edilib.