Tətil günlərində Şərqi Azərbaycanda yol qəzalarında ölənlərin sayı açıqlanıb

Yaz bayramı tətil günlərində Şərqi Azərbaycanda yol qəzalarında həyatını itirən və yaralananların sayı açıqlanıb.

Təbriz Turan TV xəbər verir ki, bu barədə Şərqi Azərbaycan əyalətinin Yollar və Yükdaşıma Nəqliyyatının başçısı Orucəli Əlizadə açıqlama verib. 

Onun sözlərinə görə, son 10 gündə Şərqi Azərbaycan yollarında baş verən qəzalar nəticəsində 16 nəfər ölüb. 385 nəfər isə yaralanıb.

Bununla yanaşı Şərqi Azərbaycan əyalətinin polis rəisi Hüseyn Əbdi mediaya verdiyi açıqlamada son 11 ay ərzində əyalətdə yol qəzaları nəticəsində 825 nəfərin həyatını itirdiyini, 15 min nəfərin isə yaralandığını bildirib. 

Cavab yaz

Zəhmət olmasa şərhinizi yazın
Zəhmət olmasa adınızı yazın

four × 3 =

Tarix

booked.net booked.net
%d bloggers like this: