Tarixçi alimlər Urartu hökmdarlarının mixi yazılı kitabələri ilə yaxından tanış olublar

Azərbaycan Milli Elmlər Akademiyasının A.Bakıxanov adına Tarix İnstitutunun Qədim tarix şöbəsinin müdiri tarix üzrə fəlsəfə doktoru, dosent Allahverdi Əlimirzəyev və şöbənin böyük elmi işçisi Ramin Əlizadə Türkiyənin Van şəhərində elmi ezamiyyətdə olublar.

Ramin Əlizadə AZƏRTAC-a bildirib ki, səfər Azərbaycanın qədim tarixinin öyrənilməsində müstəsna rolu olan Urartu mixi yazılı kitabələrini yerində oxumaq məqsədi ilə təşkil edilib. Tarixçi alimlər Van şəhəri yaxınlığında yerləşən Urartu qalasında Urartu hökmdarları I Sardurinin, Minuanın və I Argişitinin mixi yazılı kitabələri ilə yaxından tanış olublar.

“Van şəhəri yaxınlığındakı Urartu qalasının mixi yazılı kitabəsində erməni vandalizminin şahidi olduq. Urartu qalasının bələdçisi Yılmaz Yasavur bizə məlumat verdi ki, üç il əvvəl iki nəfər erməni Urartu hökmdarı I Argişitinin Hor-hor kitabəsinin mətnini dağıdaraq, bir hissəsini aparmağa cəhd edib. Bu fakt ermənilərin tarixi abidələrə qarşı vandal əməllərinin bir daha təsdiqləyir”, – deyə tarixçi alim Ramin Əlizadə qeyd edib.

Cavab yaz

Zəhmət olmasa şərhinizi yazın
Zəhmət olmasa adınızı yazın

12 + ten =

Tarix

booked.net booked.net
%d bloggers like this: