Tehran bazarında güclü yanğın baş verib

Hadisə yerinə çox sayda yanğınsöndürmə və xilasetmə dəstələri çağrılıb.

Təbriz Turan TV xəbər verir ki, fevralın 12-i, yerli vaxtla səhər saat 07:38 dəqiqədə Tehran bazarında güclü yanğın baş verib və şəhərin müxtəlif bölgələrinin yanğınsöndürmə və xilasetmə dəstələri hadisə yerinə cəlb olunub.

Tehran şəhər bələdiyyəsinin Yanğınsöndürmə Mərkəzinin başçısı Calal Məlikinin mediaya verdiyi açıqlamasına görə, yanğın qısa müddətdə çox sayda mağazaya yayıldığı üçün onun qarşısının alınmasında problemlər yaşanıb.

Məliki yanğının baş vermə səbəbləri, xəsarət alanlar barədə geniş məlumat verməyib və hadisə barədə yanğın söndürüldükdən sonra açıqlama veriləcəyini bildirib.

Cavab yaz

Zəhmət olmasa şərhinizi yazın
Zəhmət olmasa adınızı yazın

four × three =

Tarix

booked.net booked.net
%d bloggers like this: